Ucarda qadın dəm qazından zəhərləndi
Sosial
12.01.2025 04:22
Ucar
rayonunda 33 yaşlı qadın dəm qazından zəhərlənib.
TodayPress xəbər verir ki, hadisə bu gün axşam saatlarında
rayonun Rəstəcə kəndində olub.1992-ci il təvəllüdlü kənd sakini Qasımova
Aytən Cəmaləddin qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək
halsız duruma düşüb.
Zəhərlənən qadın
təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı
araşdırma başlanıb.
tag: Dəm Qazı, Zəhərlənmə,Ucar, Xəstəxana, todaypress.az,