Ucarda ev yandı

Sosial

23.03.2025 01:45

2909

Ucarın  Lək kəndində  evdə yanğın baş verib.b.

 

TodayPress xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

 

Kənd sakini Zaur Əmirxan oğlu Cəbrayılova məxsus ümumi sahəsi 200 m² olan 4 otaqlı evdə güclü yanğın baş verib.

 

Yanğın zamanı ev əşyaları ilə birlikdə tamamıilə yanıb. Hadisə yerinə FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

 

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

 

Fakt araşdırılır.

 

tag: Ucar, Lək, Yanğın, Ev, FHN, todaypress.az,