Ucarda bıçaqlanan məktəblinin vəziyyəti açıqlandı - RƏSMİ
“Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə 04.02.2025-ci il tarixində Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib”.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Belə ki, ilkin tibbi yardım göstərildikdən sonra şəxs, ixtisaslaşmış tibbi yardım alması üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
“Pasient Xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat edilib. Vəziyyəti stabil qiymətləndirilən vətəndaş 05.02.2025-ci ildə ambulator müalicə üçün evə buraxılıb” deyə bildirilib.
Qeyd edək ki, Ucarda Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi M. H. öz sinif yoldaşı Q.H.-a bıçaqla xəsarət yetirib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan TodayPress-in yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Ucar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Töhfə Səməd
tag: Ucar,Məktəbli,Bıçaqlanma,DİN,Xəstəxana,Todaypress.az,