Ucarda avtomobillə traktor toqquşdu , xəsarət alan var
Ucarda
qəza olub, xəsarət alan var.
TodayPress
xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Qarabörk kəndindən
keçən hissəsində baş verib.
Qarabörk
kənd sakini İsrayıl Mikayıl oğlu Hüseynovun idarə etdiyi "Mercedes"
markalı minik avtomobili ilə həmkəndlisi, Mürşüd Mirzə oğlu Orucovun idarə
etdiyi traktor toqquşub. Nəticədə ağır xəsarətlərlə kişi cinsli bir nəfər
Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt
araşdırılır.
tag: Ucar, Xəsarət, Zərdab, Traktor, Hadisə, todaypress.az,