Ucarda ağır qəza, 4 nəfər xəsarət aldı

Sosial

01.04.2025 04:56

2651

Ucarda minik avtomobilinin aşması nəticəsində 4 nəfər xəsarət alıb.

Todaypress xəbər verir ki, hadisə Bakı- Qazax əsas magistral yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.

 

Minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə 4 nəfər - Zaqatala rayon sakinləri 2017-ci il təvəllüdlü Sofiya İlqar qızı Şirinbəyova, 1980-ci il təvəllüdlü Mahilə Həsənbəy qızı Şirinbəyova, 1980-cı il təvəllüdlü İlqar Məhəmməd oğlu Şirinbəyov və 2000-ci il təvəllüdlü Nəzir İlqar oğlu Şirinbəyov müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Göyçay xəstəxanasına göndəriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

tag: Qəza, Ucar, Avtomobil, Qazax, Yaralı, Zaqatala, todaypress.az,