Ucarda 5 hektar sahədə kol-kos və qamışlıq yandı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar
rayonu, Qəzyan kəndi yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub.
TodayPress FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat
şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər
sayəsində açıq ərazidə baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan
verilmədən qısa müddətdə söndürülüb.
Yanğın
nəticəsində təxminən 5 hektar sahədə kol-kos və qamışlıq yanıb.
Ətraf ərazilər
yanğından mühafizə olunub.
tag: FHN, Yanğın, Sahə, Kol-Kos, todaypress.az,