Ucar sakini dayısının mağazasını yandırdı
Ucarda bacıoğlu dayısının mağazasını yandırıb.
TodayPress
hadisə rayonun Alpout kəndində baş verib.
Belə
ki, kənd sakini,1965- ci il təvəllüdlü Musa Qalib oğlu Əhmədova məxsus, ümumi
sahəsi 500 kvadratmetr olan ərzaq mağazasında güclü yanğın baş verib. Hadisə
zamanı tikilinin 440 kvadratmetri əşyaları ilə birlikdə yanıb. Mağazanın
sahibinin sözlərinə görə, bir neçə firmaya məxsus 17 soyuducu və ərzaq məhsulları
yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə
yerinə FHN- nın Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və
texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində mağazanın qalan
hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
M. Əhmədovun
bacısı oğlu, 1978- ci il təvəllüdlü İlham Abbas oğlu Həsənov mağazanı qəsdən
yandırdığını etiraf edib. O, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
saxlanılıb.
Fakt
araşdırılır.
tag: Alpout, Mağaza, Ucar, Yanğın,FHN, todaypress.az,