“Turan İnformasiya Agentliyi” ləğv edildi
“Turan İnformasiya Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
Bu barədə TodayPress-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 186, mənzil 24 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyev fevralın 13-də oxucularına müraciət edərək fəaliyyətlərinin dayandırdıqlarını açıqlayıb.
Mehman Əliyev qeyd edib ki, daimi maliyyə çətinlikləri səbəbindən informasiya fəaliyyətini hazırkı formatda davam etdirmək mümkün deyil.
Xatırladaq ki, "Turan" İnformasiya Agentliyi 1990-cı ildə yaradılıb.
tag: Turan ,İnformasiya,Agentlik,Ləğv,Todaypress.az,