Tovuzda yeni doğulan körpə öldü

Sosial

06.03.2025 18:15

1488

Tovuz rayonunda yeni doğulan körpə ölüb.

Bu barədə TodayPress-ə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib:

“2025-ci il martın 5-də saat 17:30 radələrində Gədəbəy rayon sakini, 23 yaşlı hamilə qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Qeysəriyyə üsulu ilə çəkisi 3 min 500 qram, boyu 50 sm olan körpə (oğlan) doğulub. Uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib. Göstərilən bütün zəruri tibbi xidmətlərə baxmayaraq, 2025-ci il martin 5-i saat 13:30 radələrində körpənin ölüm faktı qeydə alınıb”.

tag: TƏBİB,Səhiyyə,Həkim,Körpə,Ölüm,Todaypress.az,