Tovuzda avtomobil Kürə aşdı - 3 nəfər batdı
Sosial
03.06.2024 09:49
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən TodayPress-ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
“VAZ-2107” markalı avtomobil Hunanlar kəndindəki körpüdən Kür çayına aşıb. Hadisə nəticəsində maşında olan 4 nəfərdən biri - 1992-ci il təvəllüdlü Turqut İbrahimov sudan çıxaraq xilas olub.
Sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov suda boğularaq ölüb. Onların tapılması istiqamətində iş aparılır.
Faktla bağlı araşdırma aparılır.
tag: Fövqəladə Hallar Nazirliyi,Kür, Hunlar kəndi,todaypress.az,FHN,