Təyyarə qəzasında xəsarət alanların vəziyyəti necədir? – SORĞU

Sosial

21.01.2025 15:34

Azərbaycan təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində xəsarət alanlardan 5-nin müalicəsi hələ də davam edir.

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, onların müalicəsi TƏBİB-in tabeliyindəki Yeni Klinikada davam etdirilir:

"Hər hansısa yenilik olan zaman bu barədə ictimayiətə əlavə məlumat veriləcək". 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. 

Töhfə Səməd

tag: TƏBİB,Təyyarə,Qəza,Xəsarət alanlar,Todaypress.az,