Tərtərdə iki avtomobil toqquşdu, ölən və yaralananlar var
Tərtərdə
ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.
TodayPress "Apa"ya istinadən xəbər verir ki, hadisə Tərtər şəhəri ərazisində
qeydə alınıb.
Belə ki,
"VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobillərinin
toqquşması nəticəsində Bərdə rayon sakini, 2001-ci il təvəllüdlü Yaqub
İsbəndiyarov dünyasını dəyişib.
Tərtər rayon
sakini, 2003-cü il təvəllüdlü Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il
təvəllüdlü Cəsarət Abışov və Ağdam rayon Orta Qərvənd kənd sakini, 2003-cü il
təvəllüdlü Ümid Xıdırov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Tərtər
Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı
Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
tag: Tərtər, Ölüm, Yaralı, VAZ-2107,todaypress.az,