Tərtərdə bir ailənin 4 üzvü zəhərlənərək öldü

Sosial

21.04.2025 13:37

7

Tərtərdə bir ailənin 4 üzvü zəhərlənərək ölüb. 

TodayPress xəbər verir ki, hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb.  Əslən Kəlbəcər rayonundan olan ailənin 4 üzvü - Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Ümid və Sürəyyanın yaşadıqları evdə meyitləri tapılıb. 

İlkin ehtimala görə, onlar dəm qazından boğulublar. 

Faktla bağlı araşdırma aparılır.

tag: Tərtər,Qaz,Ailə,Ölüm,Todaypress.az,