Tərtərdə 32 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Sosial

15.06.2024 09:47

Tərtər rayonunda 32 yaşlı Əliyev Abil Mətləb oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə TodayPress-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

“Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 1991-ci il təvəllüdlü Əliyev Sədi Mətləb oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Araşdırma aparılır” deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün Tərtər rayonunda 1992-ci il təvəllüdlü kişi qətlə yetirilib.

tag: Tərtər, Qətl, Cinayət, DİN, Kriminal, todaypress.az,