Temperatur iqlim normasından 7.5 dərəcə aşağı düşdü - RƏSMİ
"Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır".
TodayPress xəbər veri ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O vurğulayıb ki, hazırda Bakıda və Abşeron yarımadasında 3 dərəcə şaxta qeydə alınır: "Bu da çoxillik iqlim normasından 7.5 dərəcə aşağıdır. Çoxillik meteoroloji məlumatlara görə, fevral ayının iqlim norması müsbət 4,5 dərəcə təşkil edir. Azərbaycanın bəzi dağlıq rayonlarında qar örtüyünün hündürlüyü 1 metrə çatır”.
tag: Bakı,Abşeron,Temperatur,İqlim,Norma,todaypress.az,