Tekstil Fabrikində zəhərlənənlərin vəziyyəti açıqlandı - YENİLƏNDİ
Sumqayıt Tekstil Fabrikində zəhərlənənlərin vəziyyəti açıqlanıb.
Bu barədə TodayPress-in sorğusuna TƏBİB-dən bildirilib.
Məlumata görə, aprelin 21-i saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.
“Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib.
Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.
Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb” deyə məlumatda qeyd olunub.
Qiymət Mahir
***
17:14
Sumqayıt tekstil fabrikində kütləvi zəhərlənmə olub.
TodayPress xəbər verir ki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
tag: Sumqayıt,Tekstil,Fabrik,Zəhərlənmə,Todaypress.az,