Təkmilləşdirilmiş “e-su” portalının təqdimatı oldu - FOTO

Sosial

23.10.2024 16:42

1344

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) təşkilatçılığı və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə 2024-cü il Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə “Su təchizatı şəbəkəsinə qoşulma” ilə bağlı qaydalar və onlara edilmiş dəyişikliklər, yeni qaydaların qüvvəyə minməsi və təsdiq olunması barədə ictimaiyyətin, biznes assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının və bu sahədə maraqlı tərəflərin məlumatlandırılması üçün məlumat kitabçasının, videoçarxın və qurumun yeni internet səhifəsinin və təkmilləşdirilmiş “e-su” portalının təqdimatı olub.

TodayPress xəbər verir ki, tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti  sədrinin müavini Cabbar Cabbarlı, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın fəaliyyətindən söz açıb. “Su şəbəkəsinə qoşulma”nın yeni qaydalarının qüvvəyə minmə səbəblərindən danışıb, bu qaydaların tətbiqi nəticəsində abonent məmnuniyyətinin yüksələcəyinə əminliyini vurğulayıb.

Regional  Su Melorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini Elşən Həsənzadə su təchizatına qoşulmanın yeni qaydaları barədə təqdimat və maarifləndirmə tədbirlərinin bölgələrdə də keçirilməsinin vacibliyindən danışıb və bu istiqamətdə görülən işlərdən söz açıb. 

ADSEA-nın şöbə müdiri Yusif Əhədi Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı qaydalar və onlara edilmiş dəyişikliklər barədə təqdimat nümayiş etdirib. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu yeni qaydaların qüvvəyə minməsi və təsdiq olunması barədə ictimaiyyətin, biznes assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının və bu sahədə maraqlı tərəflərin məlumatlandırılması üçün “Məlumat kitabçaları”ı, videoçarxın və qurumun yeni internet səhifəsinin təqdim edib. O, bildirib ki, kitabça sadə dildə hazırlanıb. Bunun əsas səbəbi isə sadə vətəndaşların da rahatlıqla alıb, oxumalarıdır. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin şöbə müdirinin müavini müdiri Rüfət Atakişiyev yeni hazırlanmış “e-su” portalını nümayiş etdirib. 

Təqdimatlardan sonra su şəbəkəsinə qoşulma proseslərinin icrası zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması mövzusunda müzakirələr aparılıb, jurnalistlərin və QHT nümayəndələrinin sualları cavablandırılıb. 

Töhfə Səməd

tag: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Birləşmiş Su Təchizatı Xidməti,Abonentlər,Yusif Əhədi, Ceyhun Musaoğlu, todaypress.az,

photo
photo
photo
photo