TƏBİB-in İcraçı direktoru: "21 müəssisənin ümumi ştat və strukturu dəyişilib"

Sosial

18.12.2024 12:27

"2024-cü ildə tibb müəssisələrimizə 24.2 milyon müraciət qeydə alınıb, 83.2 milyon xidmət göstərilib".

TodayPress xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində bildirib.

O, vurğulayıb ki, bunlar kifayət qədər böyük rəqəmlərdir. 

"Bu qədər tibbi xidməti keyfiyyətli və əlçatan şəkildə təqdim edə bilmək üçün idarəçilik çox önəmlidir. Biz də işə qəbul prosesimizdə müasir tendensiyaları, yenilikçi idarəetmə metodunu mənimsəmiş və bunu uğurla fəaliyyətlərinə tətbiq edə biləcək rəhbər şəxslərə üstünlük veririk. 2024-cü il ərzində tibb müəssisələrimizin rəhbər heyətinin işə qəbul olunması üçün 133 namizədi müsahibəyə dəvət etmişik, onlardan 79 namizəd müsahibəni uğurla keçərək TƏBİB ailəsinin üzvlərinə çevriliblər. Bundan başqa, 21 müəssisənin ümumi ştat və strukturu dəyişilib" deyə o diqqətə çatdırıb. 

Günəş Mərd

tag: Proses, Tibbi, Müasir, Səhiyyə, todaypress.az,