TƏBİB: Bayram günü 28 nəfərə zəhərlənmə diaqnozu qoyulub
Sosial
03.01.2025 11:46
Bayram günü (31.12.2024-cü il tarixdə) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub.
TodayPress xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, müraciət edənlərdən 14-ü alkoqol, 5-i dərman, 6-si dəm qazı, 2-si allergik reaksiya, 1 nəfər isə botilizmlə zəhərlənib.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra onlar ambulator müalicəsi almaq üçün evə buraxılıblar.
tag: TƏBİB ,Dərman ,Bayram ,Zəhərlənmə, todaypress.az,