Sürücülərə hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Sosial

23.02.2025 16:00

1850

Yollarda təhlükəsizliyin təmin edilməsi istiqamətində Baş DYP İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

TodayPress xəbər verir ki, bu barədə idarədən məlumat verilib. 

“Əlverişsiz hava şəraitində yollarda hərəkət edən nəqliyyat vasitələrinin qış şəraitinə uyğunluğu Baş DYP İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılır.

Bu yoxlamalar, avtomobillərin qış şəraitində təhlükəsiz hərəkət etməsini təmin etmək məqsədini güdür.

Texniki baxımdan təhlükəli hesab olunan avtomobillər hərəkətdən kənarlaşdırılır. Bu, yolda baş verə biləcək qəza risklərinin minimuma endirilməsinə xidmət edir.

Sürücülərdən xahiş olunur ki, avtomobillərinin qış tələblərinə uyğun hazırlandığına əmin olsunlar. Qış təkərlərinin, əyləc sisteminin, işıqlandırmanın və digər təhlükəsizlik avadanlıqlarının vəziyyətini mütəmadi olaraq nəzarətdə saxlasınlar”.

tag: Yol,DYP ,İdarə,Maşın,Qış ,todaypress.az,