Suraxanıda avtomobil qaçıran 3 yeniyetmə saxlanıldı

Sosial

10.08.2024 11:32

Suraxanı rayonu ərazisində “VAZ- 2106” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən TodayPress-ə verilən xəbərə görə, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq rayon ərazisində avtomobillə birgə saxlanılıblar.

tag: Suraxanı, Polis, Avtomobil, Qəza, DİN, todaypress.az,