Suraxanı və Yardımlının bəzi ərazilərində işıq olmayacaq
Sosial
24.01.2025 01:44
Sabah bəzi ərazilərdə elektrik enerjisinin
verilişində fasilə yaranacaq.
Bu barədə TodayPress "Azərişıq" ASC-dən bildirilib.
Məlumata görə, Suraxanı Rayon Enerji Təchizatı və Satışı
İdarəsi (RETSİ) ərazisinə daxil olan Yeni Ramana qəsəbəsində 6 kV-luq hava
xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 24-də elektrik xətləri
sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 09:30-dan saat 13:00-dək
qəsəbənin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.
Bununla yanaşı, Yardımlı Elektrik Şəbəkəsinin (EŞ)
ərazisində yerləşən və yeni tikilən 35/10 kV-luq “Sırıq” yarımstansiyasının
sxemə qoşulması, həmçinin 35 kV-luq hava xəttində aparılacaq təmir işləri ilə
əlaqədar yanvarın 24-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla
əlaqədar olaraq saat 12:00-dan saat 14:00-dək şəhərin bir sıra mərkəzi
küçələrində, eləcə də Allar, Bürzünbül, Çay Üzü, Dağ Üzü, Daşkənd, Köryədi,
Kürəkçi, Sırıq, Vəlixanlı, Vərgədüz kəndlərində elektrik enerjisinin verilişi
dayandırılacaq.
Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra
sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
tag: Azərişıq, Enerji, Yardımlı, Suraxanı, todaypress.az,