Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanıldı

Sosial

01.04.2025 11:45

1510

Suraxanı rayonu ərazisində yerləşən 2 obyektdən oğurluqlar edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 42620 manat maddi zərər vurulması barədə polisə məlumatlar daxil olub.

Bu barədə TodayPress-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı E.Quliyev, 33 yaşlı F.Niftəliyev və 28 yaşlı O.Həbibov müəyyən olunaraq saxlanılıblar. 

Araşdırmalar aparılır.

tag: DİN,Oğurluq, Polis, Pul, Qızıl, todaypress.az,