Sumqayıtın bəzi hissələrində su kəsildi
Sumqayıt şəhərinin bəzi hissələrində suyun verilişində fasilə yaranıb.
TodayPress xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.
Bildirilib ki, Ceyranbatan qəsəbəsi ərazisində magistran d1000mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar Sumqayıt şəhərinin bir hissəsində su təminatı dayandırılıb.
Qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra saat 21:00-dan etibarən, suyun verilməsi mərhələli şəkildə həyata keçiriləcək.
tag: Sumqayıt ,Su,Sukanal İdarəsi,Ceyranbatan ,todaypress.az,