Sumqayıtda yolu keçən piyadanı avtomobil vuraraq öldürdü
Sosial
10.12.2024 00:55
Sumqayıtda 48 yaşlı piyadanın ölümü ilə
nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki,hadisə şəhərin “Mero yolu”
adlanan ərazisində qeydə alınıb.
“Opel” markalı avtomobil yolu keçmək istəyən piyada,
1976-cı il təvəllüdlü Malik Əlişan oğlu Ağayevi vurub.
O, xəstəxanaya çatdırılarkən yolda keçinib. Faktla bağlı
araşdırma aparılır.
tag: Sumqayıt,Qəza, Ölüm, Piyada, Opel, todaypress.az,