Sumqayıtda yataqxanada yanğın oldu, sakinlər təxliyə olundu
Sumqayıt
şəhəri 15-ci məhəllədə yataqxana binasında yanğın baş verib.
Bu barədə TodayPress-ə
Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hadisə ilə
bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla
əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər
Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin
çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində
yerləşən otaqda baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər otaqlara
keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik
tədbirləri çərçivəsində 12 nəfər sakin təxliyə edilib.
Yanğın
nəticəsində ümumi sahəsi 20 kvadratmetr olan otaqda ev əşyaları 10
kvadratmetr sahədə yanıb. 1 nəfər tüstüdən zəhərlənib.
Yanğın baş vermiş
otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub.
tag: Sumqayıt, Yataqxana, FHN, Bina, Yanğın, todaypress.az,