Sumqayıtda üzərinə qapı şüşəsi düşən 12 yaşlı uşaq öldü
Sosial
05.07.2024 21:14
Sumqayıtda evdə tək olan 12
yaşlı uşağın üzərinə şüşə düşüb, uşaq qanaxmadan ölüb.
TodayPress xəbər verir ki, hadisə 1-ci mikrorayonda qeydə alınıb.
2012-ci il təvəllüdlü Zəhra
Zaur qızı İbrahimova azyaşlı bacısı ilə evdə tək olub. Ehtiyatsızlıqdan qapının
şüşəsi üzərinə düşən qız qanaxmadan ölüb.
Faktla bağlı araşdırma aparılır.
tag: todaypress.az, Sumqayıt, Şüşə, 1-ci mikrorayon, 2012,