Sumqayıtda su sayğacları oğurlayan şəxslər saxlanıldı

Sosial

28.04.2025 17:23

8

Sumqayıt şəhərində müxtəlif ünvanlardan 14 ədəd su sayğacı oğurlanıb. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən 39 yaşlı Amid Məhərrəmov, 33 yaşlı A.İskəndərova və bacısı 31 yaşlı S.İskəndərova tutulublar. 

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Həmin şəxslər saxlanılarkən üzərlərindən psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb. 

 Faktla bağlı araşdırma aparılır.

tag: DİN,Polis,Sayğac,Oğru,Todaypress.az,

photo
photo
photo