Sumqayıtda sexdə yanğın oldu
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112”
qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən sexdə yanğın baş verməsi
barədə məlumat daxil olub.
Nazirlikdən TodayPress-ə bildirilib ki, məlumatla
əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt
şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən
yanğının ümumi sahəsi 5 000kv.m olan şüşə istehsalı sexinin ərazisində baş
verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın
genişlənməsinə, o cümlədən sexin digər sahələrinə yayılmasına imkan verilmədən
qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin əritmə sobası ətrafında 150
kv.m. sahə yanıb.
Sexin böyük hissəsi yanğından mühafizə olunub.
tag: Sumqayıt, Sex, Yanğın, FHN, Soba, todaypress.az,