Sumqayıtda qəza oldu, ağır xəsarət alanlar var
Bu gün
səhər saatlarında Sumqayıtda iki piyadanın vurulması ilə nəticələnən
yol-nəqliyyat hadisəsi baş verib .
TodayPress “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 4 nömrəli məktəbin
yaxınlığında baş qeydə alınıb.
Hadisə zamanı
üçüncü sinif şagirdi Əmənli Nurlan və anası Bağışova Sevil ciddi xəsarətlər
alıb. Yaxınlarının verdiyi məlumata görə, azyaşlının iki ayağında sınıq
aşkarlanıb, ana isə komadadır.
Laçın rayon
sakini olan hər iki şəxs Sumqayıtda aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.
tag: Qəza, Sumqayıt, Yol-Nəqliyyat, Məktəb, Koma, todaypress.az,