Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri öldü

Sosial

07.12.2024 22:05

Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri ölüb.

TodayPress xəbər verir ki, partlayış zamanı xəsarət alan, 1977-ci il təvəllüdlü Ramin Əliyev dünyasını dəyişib.

2007-ci il təvəllüdül Ayxan Əliyev və 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

 

tag: Sumqayıt, Ölüm, Partlayış, Xəsarət, todaypress.az,