Sumqayıtda mənzildə qadın meyiti tapıldı

Sosial

05.03.2025 22:09

2482

Sumqayıtda evdə 62 yaşlı qadının meyiti tapılıb.

TodayPress xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb.

 

Belə ki, 1963-cü il təvəllüdlü Tamilə Cavadovanın meyiti onun yaşadığı ünvanda aşkarlanıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

tag: Sumqayıt, Qadın, Prokurorluq, Meyit, todaypress.az,