Sumqayıtda küçədə kişi meyiti tapıldı

Sosial

13.01.2025 12:41

Sumqayıt şəhərində küçədə kişi meyiti aşkarlanıb.

TodayPress xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.

Məlumata əsasən, küçədə ölən şəxsin 1963-cü il təvəllüdlü Qurbanxan Rufullayev olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

tag: Sumqayıt, Meyit ,Müəyyən ,Məhəllə, todaypress.az,