Sumqayıtda bıçaqlanan şəxsin SON DURUMU açıqlandı
"07.02.2025-ci il tarixində saat 08:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1985-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Qarının sol yarısının divarının kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib".
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, hazırda reanimasiya şöbəsinə yerləşdirilən şəxsin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Xatırladaq ki, Sumqayıtın Corat qəsəbəsində 1985-ci il təvəllüdlü Mövlan Ramiz oğlu Qədirov münaqişə zəminində həmyaşıdı Anar İbrahim oğlu Hacıyevə bıçaqla xəsarət yetirib. Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Qiymət Mahir
tag: DİN,Sumqayıt,Corat,Bıçaqlanma,TƏBİB,Todaypress.az,