Sumqayıtda avtomobil 88 yaşlı piyadanı vuraraq öldürdü
Sosial
21.10.2024 20:53
Sumqayıtda piyadanın
ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə şəhərin Sülh
prospektində qeydə alınıb.
"Nissan Note” markalı avtomobilin sürücüsü yolu
keçmək istəyən 1936-cı il təvəllüdlü Abbas Qafar oğlu Hüseynovu vurub.
88 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
tag: Qəza, Ölüm, Sumqayıt, Sülh Prospekti, todaypress.az,