Sumqayıtda avtobusun tırla toqquşduğu qəzada 1 nəfərin vəziyyəti ağırdır
Sosial
12.07.2024 19:33
Bakı-Quba yolunun Sumqayıt şəhərinin
Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin ərazisindən keçən hissəsində avtomobil qəzası
baş verib. Qəsəbəyə sərnişin daşıyan 3 nömrəli marşrut avtobusu TIR-la
toqquşub, 11 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
TodayPress Sumqayıt Tibb Mərkəzinə
istinadən xəbər verir ki, Hacı Zeynalabdin Tağıyev-Sumqayıt avtomobil yolunda
baş verən qəza ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına
12 nəfər (7-si kişi , 5-i qadın) yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti
ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
tag: Sumqayıt, Qəza, Avtobus, TIR, todaypress.az,