Sumqayıtda ana və övladı dərmandan zəhərləndi

Sosial

08.02.2025 20:44

870

Sumqayıtda ana və övladı dərmandan zəhərlənib.

TodayPress xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.


1972-ci il təvəllüdlü Aybəniz Fazil qızı Orucova və övladı 2010-cu il təvəllüdlü Məhəmməd Gəncə oğlu Orucov yaşadıqları ünvanda dərmandan zəhərləniblər.

Onlar dərhal xəstəxanalara yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

tag: Sumqayıt, Zəhərlənmə, Araşdırma, Xəstəxana, todaypress.az,