Sumqayıtda ağır yol qəzasında dörd nəfər yaralandı
Sumqayıt şəhərində ağır yol qəzası baş
verib.
TodayPress xəbər verir ki, şəhərin Sahil küçəsində “Opel”
və “Renault” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb, yaralılar dərhal
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbi ilə Sumqayıt Tibb Mərkəzinin
Təcili Tibbi Yardım Xəstəxanasına 1987, 1988, 1997 -ci il təvəllüdlü 3 şəxs
(kişi cinsli) və 1987-ci il təvəllüdlü 1 şəxs (qadın cinsli) hospitalizasiya
olunublar.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə təcili yardım
şöbəsində müvafiq tibbi yardımlar göstərilib.
tag: Sumqayıt, Qəza, Opel, Sahil, Renault,todaypress.az,