Sumqayıtda ağır qəza baş verdi, piyadanın qolu qopdu- FOTO

Sosial

16.01.2025 21:00

Sumqayıt ərazisində ağır yol qəzası olub.

Bu barədə TodayPress-ə hadisə şahidləri məlumat verib.

Bildirilib ki, qəzaya səbəb "KİA" və Hyundai" markalı maşınların toqquşması olub.

Hadisə şahidlərinin sözlərinə görə, toqquşma zamanı  maşınlardan biri yolda olan piyadanı vuraraq öldürüb. Ümumilikdə isə sürücü ilə birlikdə iki nəfər hadisə yerində vəfat edib.

Digər maşında olan 4 nəfər isə Sumqayıt Dövlət Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, zərərçəkənlərin bəzilərinin ayaq və qol nahiyələri qopub.

Aynur TAC

tag: Qəza, Sumqayıt, Hadisə ,Ölüm, Piyada,

photo