Sumqayıtda 23 yaşlı gənc cərəyandan öldü

Sosial

05.10.2024 23:19

Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.

TodayPress xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş “Alüminum zavod” ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Məhəmməd Rizvan oğlu Əliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Gənc, Cərəyan, Sumqayıt, Zavod, todaypress.az,