Sumqayıtda 22 minlik “Prius” dələduzluğu edildi
Xaricdən
"Prius” markalı avtomobil gətirəcəyi adı ilə dələduzluq etməkdə
təqsirləndirilən şəxsə hökm oxunub.
TodayPress
xəbər verir ki, S.R. Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin
178.2.4-cü maddəsi ilə mühakimə olunub. O, bu maddə üzrə təqsirli bilinərək 11
ay müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilib.
İş materiallarından aydın olur ki, S.R. "Prius” gətirəcəyini vəd etdiyi vətəndaşdan 22 500 manat pul alıb. Sonradan onun 18 000 manatını gerib qaytarıb. Yerdə qalan pulu qaytarmadığına görə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib.
Hadisə
Sumqayıt şəhərində baş verib.
tag: Sumqayıt,Prius, Xaric, Məhkəmə,Dələduzluq, todaypress.az,