Sumqayıtda 15 boksdan ibarət qarajda yanğın oldu
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yanğın baş verməsi
barədə məlumat daxil olub.
TodayPress xəbər verir ki, məlumatla əlaqədar dərhal
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə
İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində bir dam
altında tikilmiş 15 boksdan ibarət qarajın dam örtüyündə baş vermiş yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 1500kv.m. olan qarajın
dam örtüyünü taxta atmaları 200kv.m. sahədə yanıb.
Tikilinin böyük hissəsi yanğından mühafizə olunub.
tag: Yanğın, Qaraj, Sumqayıt, FHN, todaypress.az,