Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırıldı

Sosial

01.04.2025 15:14

2530

Sumqayıt şəhəri, Xəzər bağları ərazisində "Şəhər-3" qaz xəttindən ayrılan xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 01 aprel saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.

TodayPress bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Hal-hazırda təmir-bərpa işləri aparılır.  Xəzər bağlarının, Katej və Kimyaçılar qəsəbələrinin, Bulvar ərazisinin və 26-cı məhəllənin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranıb.

tag: Sumqayıt,Qaz,Təchizat,Fasilə,Todaypress.az,