Süleyman Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
Süleyman
Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
TodayPress xəbər verir ki, Baş Prokurorluqdan İTV-yə verilən məlumatda
bildirilir ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən
şəxs Süleymanlı Süleyman Asif oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Təqsirləndirilən
şəxs 24.06.1985-ci il təvəllüdlü Süleymanlı Süleyman Asif oğlu Baş
Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Süleyman Süleymanlı şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 22 aprel 2025-ci il tarixdə, saat 12:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Süleyman
Süleymanlının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və
12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması
barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib.
Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “youtube” və “facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.
Süleyman
Süleymanlı istintaqdan qaçıb Azərbaycanın hüdudlarından kənarda gizləndiyindən
ona ittiham elan edilməsi mümkün olmadığı üçün 07 sentyabr 2020-ci il tarixli
qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin
07 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü
maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Süleyman Süleymanlıya
xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi
ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və barəsində qiyabi
hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə
bilər.
tag: Baş Prokurorluq, İstintaq, Süleyman Süleymanlı, İttiham,todaypress.az,