Suiti və quşların cəsədlərindən nümunələr götürüldü
Sosial
13.01.2025 14:38
Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində aşkarlanan suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən cəsədlərdən nümunələr götürülüb.
TodayPress xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev bildirib.
Onun sözlərinə görə analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
tag: Xəzər ,Bilgəh,Suiti,Quş,Nümunə,todaypress.az,