Sübhan Həsənli barəsində axtarış elan edildi
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib.
TodayPress “Apa”ya istinadən xəbər verir ki, Sübhan Həsənli Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi üzrə cəlb olunub.
Məlumata görə, Sübhan Həsənli 2020-2021-ci illərdə ABŞ-ın "FH1360" humanitar təşkilatı, Müharibə və Sülh Hesabatı İnstitutu ilə müqavilələr bağlayıb.
O, aldığı
qrantları "xidmət müqaviləsi" ilə ölkəyə gətirib və leqallaşdırıb.
Guya bu
beynəlxalq təşkilatlara xidmət göstərib və bunun əvəzində "xidmət
haqqı" alıb. Əslində isə qrantlar bu adla rəsmiləşdirib, daha sonra isə
həmin vəsaitlərlə maliyyə əməliyyatları aparıb, leqallaşdırıb.
Sübhan Həsənli
Cinayət Məcəlləsinin 193-1.2.3 (öz qulluq mövqeyindən istifadə etməklə cinayət
yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 və 313-cü maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilib.
Lakin
istintaqdan qaçıb gizlənib.
Onun barəsində
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Barəsində
axtarış elan edilib.
tag: İstintaq, Sübhan Həsənli, Axtarış,Cinayət, todaypress.az,