Sözlər beyində gizli prosesləri aktivləşdirir

Sosial

10.01.2025 19:45

Virciniya Texnologiya Universitetinin alimləri dopamin, serotonin və norepinefrin kimi neyrotransmitterlərin sözlərin emosional mənasını necə emal etdiyini kəşf ediblər. Bu, sözlərin insanların qərar qəbul etməsinə, duyğularına və davranışlarına necə təsir etdiyini daha yaxşı başa düşməyə kömək edəcək. 

TodayPress xəbər verir ki, bu barədə "Cell Reports" jurnalı məqalə dərc edib.

Əvvəllər beyindəki neyrokimyəvi maddələrin yalnız təcrübələrin müsbət və ya mənfi qavranılmasına cavabdeh olduğu düşünülürdü. Lakin yeni araşdırmalar göstərir ki, onlar həm də emosional konnotasiya əsasında sözlərin təfsirində əsas rol oynayırlar. 

Təcrübədə elm adamları titrəmələri aradan qaldırmaq və ya epilepsiya monitorinq cihazlarının implantasiyası üçün əməliyyat olunan xəstələrdə neyrotransmitterlərin sərbəst buraxılmasını ölçüblər. Onlar müəyyən ediblər ki, müxtəlif sözlər - müsbət, mənfi və neytral - beyində spesifik neyrokimyəvi prosesləri aktivləşdirir.

Tədqiqatın nəticələri heyvanlar üzərində aparılan təcrübələrlə təsdiqlənib ki, bu da əldə edilən məlumatların etibarlılığına inamı artırır.

Töhfə Səməd

tag: Vircinya, Universitet, Alim ,Dopamin, todaypress.az,