Sosial Xidmət Mərkəzinin uşaqları üçün oyun terapiyası keçirildi

Sosial

08.04.2025 15:40

11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nərimanov Sosial Xidmət Mərkəzində sosial reabilitasiya xidmətlərindən yararlanan 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün oyun terapiyası təşkil edilib. 

Bu barədə TodayPress-ə ƏƏSMN-dən məlumat verilib.

Psixoloji oyunlar və incəsənət terapiyası vasitəsilə uşaqların sosial və emosional bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətlər həyata keçirilib.

Tədbirdə iştirak edən valideynlər də xüsusi olaraq qrup terapiyasına cəlb olunublar.

Qrup terapiyası valideynlərin bir-biri ilə təcrübə mübadiləsi aparması, qarşılaşdıqları çətinliklərə yeni yanaşmalar tapması, həmçinin daxili komplekslərdən azad olmalarına dəstək vermək məqsədi daşıyıb. 

Terapiya müddətində onların valideynlik bacarıqlarının inkişafına yönəlmiş çalışmalar da aparılıb.

tag: ƏƏSMN,Uşaqlar,Oyun,Terapiya,Todaypress.az,

photo
photo
photo