Sosial şəbəkələr vasitəsilə törədilən insan alveri cinayətlərinin sayı açıqlandı

Sosial

13.05.2025 10:13

9

İnformasiya texnologiyalarının (“WhatsApp”, “Tik-tok”, “İnstagram”, “Telegram” sosial şəbəkələrində) tətbiqi ilə keçən il törədilmiş 44 (2023-cü illə müqayisədə 14 fakt az) müvafiq fakt aşkarlanaraq, Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə 4 (2023-cü illə müqayisədə 1 fakt çox), 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə 6 (2023-cü illə müqayisədə 4 fakt çox), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə 1 cinayət işi başlanılıb.

TodayPress xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.

Qeyd edilib ki, insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 (sabit) insan alveri qurbanının (90-ı qadın, 1-i kişi) hamısı Azərbaycan Respublikasının vətəndaşı olub.

Onlardan 53-ü Türkiyə Respublikasında, 35-i Birləşmiş Ərəb Əmirliklərində, 2-i Qətər Dövlətində cinsi istismara, 1 nəfəri isə ölkə daxilində əmək istismarına məruz qalıb. Qurbanlardan 12-i 18-25 yaş arası, 49-u 25-35 yaşlarında, 29-u 35 yaşdan yuxarı olan, habelə 19-u paytaxt, 72-i respublikanın digər şəhər və rayonlarının sakini, 78-i 2015-2023-cü illərdə, 13-ü isə 2024-cü ildə istismara məruz qalan şəxslər olub.

tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.az,