"Son Zəng"də hansı qayda pozuntuları qeydə alındı - DİN-dən ÖZƏL
Sosial
14.06.2024 19:13
Respublikamızda “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülüb.
Bu barədə Daxili İşlər Nazirliyindən TodayPress-in sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla, iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi təmin edilib:
"Avtomobil yollarında hərəkətin təhlükəsizliyi Dövlət Yol Polisi əməkdaşları tərəfindən mühafizə olunub, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görülüb. “Son Zəng” tədbirləri ilə bağlı hər hansı neqativ hal qeydə alınmayıb" deyə məlumatda qeyd olunub.
Günəş Mərd
tag: Son Zəng, DİN, Polis, Sosial, Cəmiyyət, todaypress.az,